logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ceyhunə Xudiyevadan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

05 sentyabr 2024, 17:01

Hörmətli cənab Prezident.

Dövlətimiz tərəfindən həyata keçirilən uğurlu islahatlar təhsil sahəsində də inkişafa böyük təkan verir. Təhsil işçilərinə göstərdiyiniz diqqət və qayğı təhsil ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanır.

Cənab Prezident, təhsilin inkişafına göstərdiyiniz qayğı nəticəsində uşaqlarımızın ali təhsil müəssisələrinə yüksək balla qəbul olmaları Sizin xalqımızın parlaq gələcəyinə göstərdiyiniz yüksək diqqətin bariz nümunəsidir. Biz xoşbəxtik ki, bizim müəllim əməyinə, təhsilin inkişafına qiymət verən, müəllimsevər, xalqının savadlı, təhsilli gələcəyini düşünən Prezidentimiz var.

Uca Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Ceyhunə Xudiyeva

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi