Mahnur Aslanovadan, Şəki, Azərbaycan
Text size
02 sentyabr 2024, 15:20
Hörmətli cənab Prezident.
Memarı Ulu Öndərimiz olan müstəqil Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf edir, irəliləyir və biz sadə vətəndaşlar bundan qürurlanırıq.
Cənab Prezident, dövlətimiz tərəfindən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Mən şəhid bacısı kimi bunu həmişə hiss etmişəm. Bu yaxınlarda etdiyim müraciətə operativ cavab verilmiş, məsələ öz müsbət həllini tapmışdır. Bütün bunlar dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqəti və qayğını təcəssüm etdirir. Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi pənahında saxlasın!
Hörmətlə,
Mahnur Aslanova, şəhid bacısı.
Azərbaycan Respublikası, Şəki şəhəri.