Zaur Rəhimovdan, Naftalan, Azərbaycan
30 avqust 2024, 15:47
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə aparılan sosial islahatlar insanların yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Artıq bu bir həqiqətdir ki, dövlətimiz aztəminatlı ailələrin əsas dayağıdır.
Bütün kateqoriyadan olan vətəndaşlarımızın, o cümlədən xüsusi diqqət və qayğıya ehtiyacı olan ailələrin üzləşdiyi sosial problemlər həll olunur. Həyata keçirilən sosial layihələr vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. Biz də aztəminatlı ailə olaraq Sizin diqqət və qayğınızı hər zaman üzərimizdə hiss edirik.
Cənab Prezident, Sizə təşəkkür edir və dərin ehtiram hissi ilə minnətdarlığımı çatdırıram. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti var. Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Zaur Rəhimov
Azərbaycan Respublikası, Naftalan şəhəri.