Çingiz Əhmədovdan, Şəki, Azərbaycan
Text size
29 avqust 2024, 15:03
Möhtərəm cənab Prezident!
Mən və ailə üzvlərim Sizin siyasətinizi ürəkdən bəyənirik və hər zaman dəstəkləyirik. Siz dövlətimiz və xalqımız üçün dayanmadan çalışır və saysız-hesabsız uğurlar əldə edirsiniz. Sizin şərəfli fəaliyyətiniz xalqımıza qürurlu anlar və məğrur həyat bəxş etmişdir.
Bir zamanlar öz torpaqlarından ağrı-acı ilə, min bir müsibətlə didərgin salınmış soydaşlarımız bu gün sevinclə, fərəhlə doğma yurdlarına geri dönürlər. Bu, misilsiz bir işdir.
Cənab Prezident, bu şərəfli yolda xalq olaraq arxanızdayıq. Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Çingiz Əhmədov
Azərbaycan Respublikası, Şəki şəhəri.