Anar Şahverdiyevdən, Laçın, Azərbaycan
27 avqust 2024, 15:02
Hörmətli cənab Prezident!
Mənim atam İsrafil Şahverdiyev Azərbaycanın Milli Qəhrəmanıdır. O, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Mən atamla hər zaman fəxr edirəm.
Atasız böyüsəm də, dövlətimizin qayğısı sayəsində çətinliklərə sinə gərmişəm. Hər zaman çətinə düşəndə dövlətimdən və şəxsən Sizdən kömək istəmişəm. Şükür Allaha məni heç zaman darda qoymamısınız.
Bu yaxınlarda Sizə ünvanladığım müraciət də bizə göstərdiyiniz diqqət və qayğının nəticəsində yüksək səviyyədə öz müsbət həllini tapdı. Problemlər yerində araşdırıldı və aidiyyətı əməkdaşlara tapşırıqlar verildi.
Cənab Prezident, hər zaman dualarımızdasınız!
Hörmətlə,
Anar Şahverdiyev,
Azərbaycanın Milli Qəhrəmanı şəhid İsrafil Şahverdiyevin övladı.
Azərbaycan Respublikası, Laçın şəhəri.