logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Adıgözəl Şahmuradovdan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

23 avqust 2024, 15:45

Hörmətli cənab Prezident.

Sizin Vətənimiz və xalqımız qarşısında göstərdiyiniz müstəsna xidmətlər tariximizə əbədi olaraq qızıl hərflərlə yazılıb. Sizin müdrikliyiniz, qəhrəman oğullarımızın igidliyi sayəsində işğal altında olan torpaqlarımızın azadlıq sevincini birlikdə yaşadıq. Doğma Qarabağ həsrətinə son qoyuldu. Sizə minnətdarıq və Sizinlə fəxr edirik.

Cənab Prezident, hər ötən gün Sizin insanlara verdiyiniz yüksək dəyərin şahidi oluruq. Belə ki, işğaldan azad olunmuş torpaqlarda erməni vandalları tərəfindən qətlə yetirilərək şəhid olmuş insanların aşkar olunan qalıqlarının dəqiqləşdirilərək yaxınlarına qaytarılmasının sevincini yaşayan ailələrdən biri də bizik. Qardaşım Neymət Şahmuradov Xocalı şəhərinin müdafiəsi zamanı şəhid olmuşdur. Həsrətimizə son qoyuldu. Sizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

Uca Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şahmuradov Adıgözəl.

Azərbaycan Respublikası, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi