Mahirə Şükürovadan, Şirvan, Azərbaycan
20 avqust 2024, 14:19
Hörmətli cənab Prezident,
Sizin prezidentlik fəaliyyətinizin təhlili onu göstərir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar hazırda uğurla davam etdirilir. İşıqlı sabahlar, xoşbəxt günlər naminə məqsədyönlü sosial-iqtisadi siyasət həyata keçirilir. Hazırda regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək hər birimizin mütləq vəzifəsidir. Biz Sizinlə birgə bütün inkişaf prosesində iştirak edirik.
Cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Mahirə Şükürova, təhsil işçisi.
Azərbaycan Respublikası, Şirvan şəhəri.