logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

19 noyabr 2012, 18:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının inkişafında Azərbaycan maşınqayırma sənayesi işçilərinin xidmətlərini nəzərə alaraq qərara alıram:

Hər il iyunun 24-ü Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi