logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tural Elayevdən, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

15 avqust 2024, 14:46

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələri göz önündədir. Təqaüdlərin, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması, özünüməşğulluq proqramının tətbiq edilməsi əhalinin güzəranının yaxşılaşmasına gətirib çıxarıb.

Bununla yanaşı, Siz vaxtilə xalqımızın ən yaralı yeri olan Qarabağ problemini həll etdiniz, torpaqlarımzın azadlığına, xalqımızın və dövlətimizin qalibiyyətinə nail oldunuz.

Dövlətimiz və xalqımız üçün gördüyünüz işlərə görə Sizə “Çox sağ olun!” deyirəm, cənab Prezident. Ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Elayev Tural.

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi