logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə

Text size icon-size icon-size

17 noyabr 2012, 16:00

Hörmətli cənab Prezident,

Milli bayramınız – Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Latviya dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi, dostluq və əməkdaşlıq ənənələrimizin qorunub saxlanması və inkişaf etdirilməsi, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 oktyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi