Könül Əliyevadan, Naftalan, Azərbaycan
09 avqust 2024, 17:01
Hörmətli cənab Prezident.
Cəmiyyətimizin digər həssas təbəqələrinin nümayəndələri kimi, sağlamlıq imkanı məhdud olan insanlar, həyatını ölkəmizin inkişafı üçün sərf edən ahıl vətəndaşlar daim Sizin diqqət mərkəzinizdədir.
Sizin hər bir vətəndaşa, xüsusən zəhmət adamlarına qayğınız, valideyn sözünə bəslədiyiniz ehtiram gənc nəsillər üçün örnəkdir.
Ata vəsiyyətini yerinə yetirərək, siyasi iradə, qətiyyət və müdriklik nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünün təmininə nail oldunuz.
Cənab Prezident, bütün xalqımız, o cümlədən Naftalan şəhərinin sakinləri Sizinlə fəxr edir, qürur duyur.
Uca Allah Sizi qorusun.
Hörmətlə,
Əliyeva Könül Bəylər qızı.
Azərbaycan Respublikası, Naftalan şəhəri.