logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Akif Rüstəmovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

09 avqust 2024, 14:25

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün əlinizdən gələni əsirgəmirsiniz.

Son illər ölkəmizin dinamik inkişafı dünya arenasında nüfuzunuzun durmadan artması, xalqımızın rifah halının günbəgün yüksəlməsi Sizin yorulmaz fəaliyyətinizin bariz nümunəsidir.

Mədəniyyət və incəsənət sahəsinə göstərdiyiniz diqqəti biz kinematoqrafçılar da daim hiss edirik. Kinematoqrafiya sahəsindəki fəaliyyətimi yüksək qiymətləndirərək Azərbaycan Kinosu Günündə məni Prezident təqaüdünə layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin ehtiram və hörmətlə,

Rüstəmov Akif Zabi oğlu,

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi