logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovun Olimpiya oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib

Text size icon-size icon-size

08 avqust 2024, 10:22

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi