Rövşən Mansurludan, Bakı, Azərbaycan
30 iyul 2024, 14:01
Hörmətli cənab Prezident.
Azərbaycanda müharibə əlillərinə, qazi və şəhid ailələrinə dövlət qayğısı Sizin sayənizdə ciddi bir ənənəyə çevrilib. Sizin və Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzil və avtomobillərin təqdim edilməsi mərasimlərində iştirakınız bunu bir daha sübut edir.
Dövlətimiz şəhid ailələrinə daim qayğı göstərir, onların hər bir probleminin çevik şəkildə həllini təmin edir. Şəhid ailələri, əlil və qazilərə qayğı baxımından dünyada Azərbaycanla müqayisə olunacaq dövlət yoxdur.
Şəhid ailəsinin üzvü kimi bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Sizin qazilərimizə, şəhid ailələrinə olan münasibətiniz hər birimiz üçün örnəkdir və əsrlər sonra da əsl vətənpərvərlik nümunəsi kimi ehtiram hissi ilə xatırlanacaqdır.
Hörmətlə,
Mansurlu Rövşən.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.