Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
25 iyul 2024, 14:13
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 fevral tarixli 1290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 132 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 25 iyul 2024-cü il