logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gəncə Dövlət Universitetinin tələbələrindən, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

20 iyul 2024, 15:33

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın bəşəri qələbəsi oldu. Bu Qələbə həm də Sizin rəhbərliyinizlə yetişən Azərbaycan gəncliyinin qüdrəti kimi tarixə düşdü. Sizin gənclər siyasətiniz biz inam, güvən verir.

Biz – Gəncə Dövlət Universitetinin tələbələri Sizin gənclərə olan qayğınızdan daim yararlanır, təhsildəki uğurlarımızla universitetimizin adını uca tutur, hər zaman Vətənimizə gərəkli olmağa çalışırıq. Biz təhsil almaqla bərabər, həm də Avropa və dünya çempionatlarında ölkəmizin idman şərəfini qoruyuruq.

Qazandığımız uğurların əsası, ilk növbədə, Sizin gənclərimizə, idmana göstərdiyiniz qayğının nəticəsindədir. Ölkəmizdə idman sahəsinə göstərilən diqqət bizi daha da əzmlə çalışmağa, dünyanın hər yerində bayrağımızı zirvələrə qaldırmağa ruhlandırır.

Bizə olan diqqət və qayğıya, idmançılarımıza uğurlu nəticələr qazanmaq üçün yaradılan şəraitə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Biz bundan sonra da çalışacağıq ki, diqqət və qayğınızı, etimadınızı qələbələrlə, qazanacağımız uğurlarla doğruldaq və ölkəmizin bayrağını hər zaman zirvələrə qaldıraq.

Bir daha Sizə səmimi qəlbdən təşəkkür edirik.

Hörmətlə,

Verdiyev Musa

Bağırov Vasif

Abbasov Camal

Haqverdiyev Murad

Şəhriyarov Şahin və başqaları (19 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi