İlham Əliyev Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuşdur
Text size
16 noyabr 2012, 19:00
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuşlar.
Dövlət başçısı və xanımı təmir və bərpa olunan bir sıra binalarda görülən işlərin gedişi ilə maraqlandılar. Bildirildi ki, təmir və bərpa işləri layihəyə uyğun olaraq həyata keçirilir. Daha sonra Prezident və xanımı sərgi salonu kimi nəzərdə tutulan binada həyata keçirilən inşaat işləri ilə də tanış oldular. Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.