logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xəyalə İsgəndərovadan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

17 iyul 2024, 15:34

Hörmətli cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz, müdrik idarəçiliyiniz sayəsində ölkəmizdə bütün sahələr inkişaf edir.

Mənim 3 övladım Sosial Xidmətlər Agentliyinin Abşeron rayonunda yerləşən Sosial Xidmətlər Mərkəzində müalicə alır. Mərkəzdə yaradılan şərait göz oxşayır. Xəstələrə də xüsusi diqqət və qayğı ilə yanaşılır.

Sizin səhiyyəyə göstərdiyiniz diqqət və həkimlərimizin səyi nəticəsində övladlarım sağlamlıqlarına qovuşurlar. Buna görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Səhiyyəmizin bugünkü uğurları, inkişafı Sizin illərdən bəri məqsədyönlü siyasətinizin nəticəsidir.

Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

İsgəndərova Xəyalə.

Azərbaycan Respublikası, Abşeron rayonu.

 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi