“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
16 iyul 2024, 16:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605 (Cild I); 2024, № 1, maddələr 2, 11) aşağıdakı dəyişikliklər edilsin:
1. 14-1.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
2. 14-1.4-cü maddəyə “sonradan” sözündən sonra “bu Qanunun 14-1.3-cü maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2024-cü il