Bikə Məlikovadan, Şirvan, Azərbaycan
15 iyul 2024, 13:18
Möhtərəm cənab Prezident.
Bu günlərdə Sizin təşəbbüsünüzlə Şuşa şəhərində Türk dövlətləri liderlərinin bir araya gəlməsi, Qarabağ Bəyannaməsinin imzalanması Sizin dünya səviyyəli siyasi Lider olduğunuzun növbəti sübutudur.
Hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünüzün bütün Türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, Sizə böyük etimadın göstəricisidir.
Bu gün Siz təkcə regionda deyil, dünyada yeni reallıq - Türk dünyası reallığı yaradırsınız. Bu böyük missiyanı həyata keçirmək yolunda Sizə tükənməz güc-qüvvət və böyük uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Məlikova Bikə Bəhruz qızı.
Azərbaycan Respublikası, Şirvan şəhəri.