“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
10 iyul 2024, 17:32
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 373) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə “Laçın və Kəlbəcər rayonlarına” sözləri “adıçəkilən rayona” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 1.1-ci bəndində “Laçın və Kəlbəcər rayonlarına” sözləri “adıçəkilən rayona” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul 2024-cü il