“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1171-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
08 iyul 2024, 12:25
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1171-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddən “, 18.76-cı” sözləri çıxarılsın;
1.2. 2.2-1-ci bənddə “və 18.76-cı maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.
2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I) 2.2-ci bəndində “, 53-cü və 57-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.
3. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 721 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddən “1.1.12-ci,” və “14-cü,” sözləri çıxarılsın və həmin bənddə “, 16.2-ci və 17.1-ci” sözləri “və 16.2-ci” sözləri ilə əvəz edilsin;
3.2. 2.4-cü bənddən “1.1.12-ci,” sözləri çıxarılsın və həmin bənddə “və 10.4-cü, 14-cü” sözləri “, 10.4-cü” sözləri ilə əvəz edilsin;
3.3. 2.6-cı bənddə “və 17.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1171-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2024-cü il