İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya ölkələri Departamenti direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
15 noyabr 2012, 16:30
Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əlaqələrimizin uğurlu inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
Görüşdə, həmçinin ölkəmizdə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən islahatların və makroiqtisadi sabitliyin təmin olunmasının önəmi vurğulandı, Azərbaycanın prioritet elan etdiyi informasiya-kommunikasiya texnologiyaları, turizm, kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.