Rüfət Səfərovdan, Lənkəran, Azərbaycan
28 iyun 2024, 14:10
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Sizin sayənizdə xalqımız rahat, firavan yaşayır, qurur, yaradır. Hər bir azərbaycanlı Sizinlə, ölkəmizin uğurları ilə fəxr edir.
Bütün bunlar Sizin uğurlu siyasətinizin nəticəsidir. Siz hər zaman qeyd edirsiniz ki, siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları durur. Vətəndaşların rifahı, daha yaxşı yaşaması Sizin üçün prioritet məsələdir.
Sizin sayənizdə hər bir vətəndaş diqqət və qayğı ilə əhatə olunub. Ekoloji problemlərin həllinə yönələn fəaliyyətiniz də vətəndaşların rifahı üçündür. Ölkəmizdə ekoloji tarazlığın bərpası, yaşıllıqların artırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə Sizə minnətdarıq.
Uca Tanrı Sizi Azərbaycan xalqının xoşbəxt gələcəyi və rifahı naminə qorusun!
Hörmətlə,
Səfərov Rüfət.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi.