logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Günəş Nəsibovadan, Ağstafa, Azərbaycan

Text size icon-size icon-size

27 iyun 2024, 11:40

Hörmətli cənab Prezident.

Sizə öz adımdan və ailəm adından salamlarımı çatdırıram, apardığınız uğurlu daxili və xarici siyasətə, dövlətimizin gündən-günə güclənməsinə, ölkəmizin çiçəklənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edən uğurlu siyasətinizə görə təşəkkür edirəm.

Mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Sizin rəhbərliyinizlə aparılan uğurlu gənclər siyasəti ölkəmizin etibarlı gələcəyinin təminatıdır. Məhz bu uğurlu siyasət Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib.

Uca Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Nəsibova Günəş.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi