“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12 iyun 2024, 14:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.28-ci (birinci halda), 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci, 164.1.16-cı, 164.1.28-ci, 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.18–20.0.20-ci maddələrində birinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.6. həmin Qanunun 20.0.18–20.0.20-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.7. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.8. həmin Qanunun 26.8-ci maddəsində “orqan (qurum)” dedikdə sənaye parklarına və sənaye məhəllələrinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli 61 nömrəli Fərmanı) 2.4-1-ci və 2.4-2-ci bəndləri müvafiq olaraq 2.4-2-ci və 2.4-5-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. həmin Qanunun 12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli 61 nömrəli Fərmanı) 1.2-ci bəndinə “102.1.14.15-ci,” sözlərindən sonra “102.1.21-ci,” sözləri, “102.1.29-cu (birinci halda),” sözlərindən sonra “106.1.12-ci, 106.1.13-cü,” sözləri, “160.4-cü,” sözlərindən sonra “164.1.15-ci, 164.1.16-cı, 164.1.28-ci,” sözləri, “cümlələrində,” sözündən sonra “199.7-ci, 199.8-ci,” sözləri, “199.16-cı (ikinci halda),” sözlərindən sonra isə “207.3-cü, 207.4-cü,” sözləri əlavə edilsin.
5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I) aşağıdakı məzmunda 3.1-3-cü bənd əlavə edilsin:
“3.1-3. həmin Qanunun 20.0.18–20.0.20-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
6. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bəndə “34.2-ci” sözlərindən əvvəl “26.8-ci maddəsində,” sözləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Qanunun 26.8-ci maddəsində “orqan (qurum)” dedikdə sənaye parklarına və sənaye məhəllələrinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2311 (Cild I) ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.5-ci bəndinə “kvadratmetrdən” sözündən sonra “, dövlət tərəfindən yaradılan sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2024-cü il