Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Ferdinand Romualdez Markosa
Text size
11 iyun 2024, 15:16
Hörmətli cənab Prezident.
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Filippin əlaqələrinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2024-cü il