Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən
04 iyun 2024, 18:29
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Banqladeşlə Azərbaycan arasında ikitərəfli sıx dostluq əlaqələri mövcuddur. Qəti şəkildə inanıram ki, xalqlarımız iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək istiqamətində birlikdə işləməyə davam edəcəklər.
Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Məhəmməd Şahabuddin
Banqladeş Xalq Respublikasının Prezidenti