Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Indan
Text size
03 iyun 2024, 14:31
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə ölkənin sosial-iqtisadi inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Kim Çen In
Koreya Xalq Demokratik Respublikası
Dövlət Şurasının Sədri