Çəmənli kəndinin sakinləri adından, Ağdam, Azərbaycan
31 may 2024, 15:18
Möhtərəm cənab Prezident.
Sizin respublikamızın bölgələrinə səfərləriniz, mövcud vəziyyətlə yerində tanış olub lazımi göstərişlər verməyiniz ölkəmizin hərtərəfli inkişafını təmin edir. Yeni-yeni sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi bölgələrin sosial-iqtisadi inkişafına çox müsbət təsir göstərir, əhaliyə xidmətin daha da yüksəlməsinə şərait yaradır. Ölkəmizdə davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Özünüzün də dediyiniz kimi, Sizin siyasətinizin mərkəzində vətəndaş amili dayanır.
Qırx dörd günlük Vətən müharibəsində Qələbə qazandıqdan sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmaqla yanaşı, digər regionlarımızı da diqqətdən kənarda qoymur. Regionlarda böyük infrastruktur layihələrinin icrası uğurla davam etdirilir, yollar, kanallar çəkilir, körpülər salınır və digər işlər görülür.
Cənab Prezident, Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulduğu bir vaxtda bizim kəndarası yolların təmir edilməsinə görə Sizə minnətdarıq.
Çəmənli kəndinin sakinləri adından hörmətlə,
Mobil Quliyev.
Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.