Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən
29 may 2024, 16:43
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Bu əlamətdar tarix Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinin, sosial-iqtisadi inkişafında nəzərəçarpan nəticələrin əldə olunmasının, ölkənin beynəlxalq arenada nüfuzunun artmasının rəmzidir.
Mən Azərbaycan xalqının mədəniyyətini və qonaqpərvərliyini hiss etdiyim, çoxlu müsbət təəssüratlar aldığım Bakı səfərimi və Sizinlə görüşümü məmnunluqla xatırlayıram.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı münasibətlərimizin məzmununu gələcəkdə daha da zənginləşdirəcəyik.
Zati-aliləri, icazə verin Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım.
Dərin hörmətlə,
Can Min
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi