Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan
28 may 2024, 12:26
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktorluğunun və beynəlxalq kollektivinin adından Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim.
Fürsətdən istifadə edərək bildirirəm ki, beynəlxalq hökumətlərarası təşkilatımızın Azərbaycanın tədqiqat mərkəzləri və universitetləri ilə qarşılıqlı fəaliyyətinin zəngin tarixi BNTİ-nin yaradıldığı vaxtdan – təxminən 70 il əvvəl başlayıb. Əməkdaşlığın yeni yekun nəticəsi müstəqil Azərbaycan Respublikasının İnstituta daxil olması ilə əlamətdar olub. Azərbaycanın elmi ictimaiyyəti ilə tarixən formalaşmış əlaqələri möhkəmləndirən institutumuz bu il yaradılmasının birinci onilliyini qeyd edən Milli Nüvə Tədqiqatları Mərkəzi və ADA Universiteti ilə sıx surətdə fəaliyyət göstərir.
Hazırda Azərbaycanın 8 universiteti və elmi-tədqiqat mərkəzi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun tərəfdaşıdır, onlarla nüvə və relativistik atom fizikası, nəzəri fizika və informasiya texnologiyaları, elementar hissəciklər fizikası və kondensasiya olunmuş maddə fizikası sahələrində birgə işlər aparılır. Yüksəkixtisaslı kadrların hazırlanması üzrə birgə elmi-təhsil proqramları, ABŞ və İsveçrənin elmi təşkilatları çərçivəsində əməkdaşlıq həyata keçirilir.
Əmin olduğumu bildirirəm ki, səmərəli qarşılıqlı fəaliyyətimiz, eləcə də institutun beynəlxalq əməkdaşlıq platforması kimi yüksək potensialı, tətbiqi və fundamental elm sahəsində kadr potensialının gücləndirilməsi bundan sonra da Azərbaycanın elmi ictimaiyyəti üçün əvəzsiz rol oynayacaqdır.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Dərin və səmimi ehtiramla Sizin,
Qriqori Trubnikov
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,
Rusiya Elmlər Akademiyasının akademiki