Rəşid İbişovdan, Sumqayıt, Azərbaycan
30 may 2024, 13:27
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Qırx dörd günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində ermənilərin zəbt etdiyi şəhər və qəsəbələrimiz bir-birinin ardınca işğaldan azad olunduqca həm qələbələrimizə sevinir, həm də Birinci Qarabağ müharibəsində itkin düşən atamızla bağlı ümidlərimiz artırdı.
Nəhayət o gün gəldi. Birinci Qarabağ müharibəsində itkin düşən atam Cümşüd İbişovun şəxsiyyəti müəyyən edilərək şəhid kimi dəfn edildi. Buna görə Sizə ailəmiz adından təşəkkür edirəm. Yüksək səviyyədə təşkil edilmiş mərasim onun ailə üzvlərinə böyük təskinlik oldu.
Cənab Prezident, Müzəffər Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ torpaqlarını yenidən və əbədi olaraq fəth etdi. Bu böyük hərbi qələbə bizi qalib xalq etdi.
Biz Sizinlə - xalqımızın sevimli oğlu və fəxri, igid sərkərdə, Müzəffər Ali Baş Komandanla fəxr edirik!
Hörmətlə,
İbişov Rəşid Cümşüd oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.