Əfv olunmuş şəxsdən, Astara, Azərbaycan
27 may 2024, 16:18
Möhtərəm cənab Prezident.
İmzaladığınız əfv Sərəncamına görə Sizə dərin təşəkkürümü bildirirəm. Mayın 25-də imzaladığınız əfv sərəncamı ilə məni təyin olunan cəzadan azad etdiniz. Siz qətiyyətli və mübariz olduğunuz qədər də, humanist və rəhimlisiniz. Bu, böyüklüyün və müdrikliyin rəmzidir.
Cənab Prezident, Allah Sizi qorusun. Heç bir zaman xalqımızın və dövlətimizin başından əskik olmayasınız. Sizə özümün və ailəmin adından bir daha dərin təşəkkürümü bildirirəm. Sizə söz verirəm ki, Azərbaycan Respublikasına layiqli vətəndaş olacağam.
Yaşasın Müzəffər Ali Baş Komandan. Yaşasın Azərbaycan xalqı.
Hörmətlə,
Nəsiman Qasımzadə,
əfv olunmuş şəxs.
Azərbaycan Respublikası, Astara rayonu, Hamoşam kəndi.