Abbas İsmayılovdan, Bakı, Azərbaycan
Text size
29 may 2024, 16:12
Salam, möhtərəm cənab Prezident.
Sizin sayənizdə, azərbaycanlı olduğum üçün çox qürur duyuram. İşğal altında olan torpaqlarımız azad edildi, Azərbaycan qalib ölkəyə çevrildi. İndi xalqımız daha məğrurdur, dövlətimiz isə tarixinin ən qüdrətli dövrünü yaşayır. Artıq sosial şəbəkələrdə düşmən tərəfi susur. Qazaxın kəndləri də azad olunmuşdur. Necə deyərlər “sevinc üstünə sevinc gəlmişdir”.
Təşəkkürlər, cənab Prezident. Bir Azərbaycan vətəndaşı kimi bunları yazmağı özümə borc bildim. Allah Sizin kölgənizi bizim başımızın üzərindən əskik etməsin. Amin!
Hörmətlə,
Abbas İsmayılov,
özəl sektorun işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.