logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

13 noyabr 2012, 20:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 15-16, maddə 291) ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi