logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Text size icon-size icon-size

26 may 2024, 14:42

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik arzularımı çatdırır, ölkənizə, xalqınıza sülh, inkişaf və rifah diləyirəm.

Tailand ilə Azərbaycan arasında müxtəlif sahələrdə birgə fəaliyyətə əsaslanan, sürətlə inkişaf edən münasibətlər mövcuddur. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı naminə ortaq qətiyyətimizlə və qarşılıqlı dəstəyimizlə ticarət, turizm, təhsil və təmiz enerji sahələrində əməkdaşlığımızın möhkəmlənməsi və genişlənməsi üçün sıx surətdə birgə işləməyə davam edəcəyik.

Hörmətlə,

 

Maha Vaçiralonqkorn

Tailandın Kralı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi