logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Text size icon-size icon-size

25 may 2024, 10:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı- Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən, eyni zamanda, fürsətdən istifadə edərək 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edir və bununla əlaqədar intensiv hazırlıq işlərində Sizə uğurlar diləyirəm.

Cənubi Qafqazda sülh, sabitlik və rifah Avstriya üçün xüsusi önəm kəsb edir. Bununla yanaşı, 2023-cü ildə ölkələrimiz arasında iqtisadi əlaqələr sevindirici şəkildə intensivləşmişdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə şəxsi rifah, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcəklə bağlı ən gözəl arzularımı çatdırıram.

Hörmətlə,

 

Aleksander Van der Bellen

Avstriya Respublikasının Federal Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi