Leyla Məmmədovadan, Şirvan, Azərbaycan
Text size
24 may 2024, 13:20
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması Sizin rəhbərliyinizlə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasətin məntiqi nəticəsidir. Qazanılmış uğurların davamlı olması bunu əminliklə söyləməyə əsas verir.
Sizin gərgin əməyinizin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıdıldı.
Hər bir işdə qismətiniz uğur və zəfər olsun, cənab Prezident!
Hörmətlə,
Məmmədova Leyla
Azərbaycan Respublikası, Şirvan şəhəri.