Anar Ərtoğrul Burcəliyevdən, Gəncə, Azərbaycan
Text size
20 may 2024, 15:01
Hörmətli cənab Prezident.
Siz Azərbaycan mədəniyyətinin və incəsənətinin himayəçisisiniz. Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi bizim yaradıcılığımıza göstərilən yüksək diqqətin növbəti bariz nümunəsidir. Yeni tikilən əzəmətli teatr binasında çalışmaq və “milli” status adını daşımaq böyük fərəh hissi ilə qəlbimizi hər zaman sevindirəcəkdir.
Gəncə Dövlət Dram Teatrına, ümumilikdə ölkəmizdə teatr sənətinin inkişafına göstərilən diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.
Uca Rəbbim Sizi qorusun.
Hörmətlə,
Anar Ərtoğrul Burcəliyev,
Teatrın ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.