Cavad Əliyevdən, Neftçala, Azərbaycan
21 may 2024, 13:13
Möhtərəm cənab Prezident.
Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan artıq dünyada öz layiqli mövqeyini tutub. Mən bir vətəndaş və kiçik sahibkar olaraq, Sizinlə və ölkəmizlə fəxr edirəm. Qarabağ Zəfəri biz vətəndaşların başını hər kəsin yanında uca etdi. Buna görə Sizə minnətdaram.
Sahibkarlara göstərilən diqqət də göz qabağındadır. Bunun sayəsində ölkəmizdə özəl sektor gündən-günə genişlənir, qeyri-neft sektorunun həcmi artır və bütövlükdə iqtisadiyyatımız inkişaf edir.
Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Cavad Əliyev,
Sahibkar.
Azərbaycan Respublikası, Neftçala şəhəri.