Aqil Bəhramlıdan, Gəncə, Azərbaycan
18 may 2024, 16:20
Möhtərəm cənab Prezident.
Bu gün böyük fəxr və qürur hissi ilə qeyd etmək lazımdır ki, Sizin diqqət və qayğınız sayəsində ölkəmizdə hər zaman mədəniyyət sahəsi, xüsusi ilə incəsənətin əsas qolu olan milli teatr sənətinin inkişafına xüsusi diqqət göstərilir. Mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı imzaladığınız və mühüm əhəmiyyət daşıyan fərman və sərəncamlarınız deyilənlərin bariz nümunəsidir. Ölkəmizdə teatrların inkişafına, xüsusi ilə bu sahənin nüfuzunun artırılmasına xidmət edən hər bir addımınız diqqətə layiqdir.
Bu günlərdə Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri ilə yaşayan teatrımızda çalışan insanların yaradıcılığına göstərilən diqqətdən xəbər verir. Bu diqqət və qayğı üçün kollektivimiz adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Aqil Bəhramlı,
Gəncə Dövlət Milli Dram Teatrının direktoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.