Xanlar Həşimzadədən, Şəki, Azərbaycan
17 may 2024, 16:39
Möhtərəm cənab Prezident.
Siz mədəni həyatımızın zənginləşməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində çox əhəmiyyətli işlərin görülməsini təmin etmisiniz.
Mədəniyyət və incəsənət xadimlərinə qayğının artması, bu sahədə çalışan sənətçilərin sosial vəziyyətinin ildən-ilə yaxşılaşdırılması Sizin siyasətinizin prioritetlərindəndir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti Sizin sayənizdə son illər daha geniş miqyasda həyata keçirilir. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız da bu siyasətə xidmət edən qərardır.
Cənab Prezident, bu Sərəncamla məni də Prezident təqaüdünə layiq gördüyünüz üçün Sizə şəxsən öz adımdan, ailə üzvlərimin və Şəki Dövlət Dram Teatrının kollektivi adından dərin minnətdarlığımı bildirirəm.
Vətənimizin rifahı naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Həşimzadə Xanlar Allahverdi oğlu,
Əməkdar artist.
Azərbaycan Respublikası, Şəki şəhəri.