Ramiz Şərifovdan, Salyan, Azərbaycan
17 may 2024, 15:30
Hörmətli cənab Prezident.
Ulu Öndər Heydər Əliyev xalq üçün, millət üçün yaşayan insan olmuşdur. Onun uzaqgörən siyasətinin nəticəsində Azərbaycan həm iqtisadiyyatda, həm də ordu quruculuğunda böyük nailiyyətlər əldə etmişdir. O, bütün çətinliklərə sinə gərərək xalqımızı arxasınca apardı, işıqlı gələcəyin yolunu göstərdi. Ona görə ki, ürəyi xalqın ürəyi ilə bir döyünürdü. Xalqımız Ulu Öndərin bu əvəzsiz xidmətlərini heç zaman unutmayacaq.
Cənab Prezident, Siz Ümummilli Liderimizin yolunu uğurla davam etdirdiniz, onun həllinə başladığı taleyüklü məsələləri müsbət nəticələndirə bildiniz. Bu yol bizi hələ çox uzaqlara aparacaq, yeni hədəflərə çatdıracaqdır.
Uca Allahdan Sizə möhkəm cansağlığı, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Yaşasın Azərbaycan.
Yaşasın Müzəffər Ali Baş Komandan.
Hörmətlə,
Ramiz Şərifov.
Azərbaycan Respublikası, Salyan rayonu, Kürqaraqaşlı kəndi.