Fizuli Süleymanovdan, Şəmkir, Azərbaycan
16 may 2024, 11:35
Hörmətli cənab Prezident.
Azərbaycan xalqı heç vaxt Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevi unutmayacaq. Çünki Ulu Öndər olmasaydı bugünkü müasir müstəqil Azərbaycan da olmazdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. Bütün bunlar hamısı danılmaz faktlardır.
Ümummilli Liderimizin layiqli davamçısı olaraq, Sizin ölkəmiz, millətimiz, bu günümüz və gələcəyimiz üçün gördüyünüz işlər misilsizdir. Elə bir şəhər, rayon, qəsəbə, kənd yoxdur ki, orada inkişaf, quruculuq və abadlıq işləri olmasın. Hər yerdə yeni istehsal müəssisələri tikilir, parklar salınır və əhalinin istifadəsinə verilir.
Möhtərəm cənab Prezident, Siz tarix yazdınız, torpaqlarımızı düşmən tapdağından azad etdiniz. Siz bu həyatda çox xoşbəxt insansınız, ata vəsiyyətini yerinə yetirdiniz.
Mən ötən ay Sizə müraciət ünvanlamışdım. Bu müraciətimin müsbət həll olunmasına görə Sizə təşəkkürümü bildirir, uzun ömür, cansağlığı arzulayıram.
Allah Sizin kölgənizi Azərbaycan xalqının üzərindən əskik etməsin.
Hörmətlə,
Fizuli Süleymanov.
Azərbaycan Respublikası, Şəmkir rayonu, Təzəkənd kəndi.