logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İnarə Babayevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

14 may 2024, 17:06

Möhtərəm cənab Prezident.

Azərbaycan Sizin sayənizdə ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Çox sevinirik ki, bu inkişafda, Azərbaycanımızın tanınmasında biz mədəniyyət xadimlərinin də öz rolu və yeri vardır.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınızla məni də Prezident mükafatına layiq gördüyünüzə görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Sizi əmin edirəm ki, bundan sonrakı fəaliyyətimdə də Azərbaycan mədəniyyətinin inkişafı, klassik vokal sənətimizin təbliği istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm.

Yaşasın müstəqil, qüdrətli Azərbaycanımız!

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Babayeva İnarə Əhməd qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi