Elşad Əhmədovdan, Gəncə, Azərbaycan
14 may 2024, 16:15
Hörmətli cənab Prezident.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti Sizin sayənizdə son illər daha geniş miqyasda həyata keçirilməkdədir.
Sizin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız ölkədə mədəniyyət sahələrinin inkişafına göstərdiyiniz böyük qayğını bir daha təsdiq edir. Ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var.
Cənab Prezident, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz diqqət və qayğıya görə Gəncə Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirirəm.
Hörmətlə,
Əhmədov Elşad,
Gəncə Dövlət Dram Teatrının baş rejissoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.