Aynur Muxtarovadan, Bakı, Azərbaycan
11 may 2024, 11:05
Möhtərəm Prezident!
Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirərək doğma Azərbaycanımızın yüksəlişi naminə gördüyünüz mühüm işlərlə yanaşı, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz diqqət və qayğı sənətçilərin həyat şəraitinin yaxşılaşmasına səbəb olur.
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdü və mükafatlarının verilməsi haqqında 2024-cü il 9 may tarixli sərəncamlar sənət adamlarında böyük stimul yaratmışdır. Bu sevincdən Bakı Bələdiyyə Teatrına da pay düşmüşdür. Teatrımızın aparıcı səhnə ustası, Əməkdar artist Hüsniyyə Mürvətova Prezident mükafatına layiq görülmüşdür.
Cənab Prezident, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz qayğıya görə Bakı Bələdiyyə Teatrı adından Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə çətin, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Aynur Muxtarova,
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.