Sevil Yusifovadan, Abşeron, Azərbaycan
11 may 2024, 10:00
Hörmətli cənab Prezident.
Şəhid ailələrinin, müharibə iştirakçılarının, ümumilikdə bütün imtiyazlı şəxslərin yaşadığı yeni yaşayış massivinə qəsəbə statusunun verilməsi və "Şəfəq" adlandırılması bizi çox sevindirdi.
Yeni inzibati ərazi dairəsinin yaradılması sakinlərin qaldırdıqları məsələlərə daha çevik reaksiyanın verilməsinə, problemlərin vaxtında aradan qaldırılmasına şərait yaradacaq, qəsəbədə fəaliyyətə başlayacaq dövlət strukturları ilə şəhid ailələrinin üzvlərinin, müharibə iştirakçılarının qarşılıqlı ünsiyyətinə səbəb olacaqdır.
Bu Sərəncam bizim sosial təminatımızın daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addımlardan biridir.
Buna görə Sizə səmimi qəlbdən minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Yusifova Sevil Əsədulla qızı, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.