İlham Əliyev Cənubi Afrika Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
09 noyabr 2012, 19:10
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalonun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Vika Mazvi Khumalo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli əlaqələri müxtəlif sahələrdə inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Cənubi Afrika Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əməkdaşlığımızın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.
Görüşdə energetika, bərpa olunan enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.